Balakəndə ev yandı

Balakəndə ev yandı

Balakən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Şambul kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: