Alman BMP-lərində ciddi problem aşkarlandı

Alman BMP-lərində ciddi problem aşkarlandı

Almaniyada təlimlərdə istifadə edilən “Puma” piyada döyüş maşınlarında (BMP) ciddi problem aşkarlanıb.

Bu barədə AzerTimes “Şpigel”ə istinadən xəbər verir.

Belə ki, ölkədə “Puma” piyada döyüş maşınları və “Leopard” tanklarından istifadə etməklə təlimlər başlayıb. Səkkiz günlük təlimdə 18 PDM-in hamısının əməliyyat hazırlığı sıfıra enib. Eyni zamanda, tanklarda belə problemlər müşahidə edilməyib.

Nəşr bildirib ki, BMP-lərdə yaranan ciddi nasazlıq 10-cu Tank Diviziyasının komandiri tərəfindən rəhbərliyə göndərilən məktubda da göstərilib. Qeyd olunub ki, problemlərin əksəriyyəti elektronikada qeydə alınıb, hətta bir BMP-də kabel yanıb.

Nəşr əlavə edib ki, bu yolla NATO-nun çevik reaksiya qüvvələri “Puma” piyada döyüş maşınları deyil, daha köhnəlmiş, lakin etibarlı “Marder” piyada döyüş maşınları əldə edəcək.

Teqlər: