Balakəndə yol polisi əməkdaşlarının keçirdikləri
nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisindəki küçə və
prospektlərdə dayanma-durma qaydalarını pozan 20-yə yaxın sürücü
barəsində inzibati tənbeh tədbiri görülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində keçirilən
reydlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, piyada
səkilərində və avtobus dayanacaqlarının bir neçəsində nəqliyyat
vasitələrini park edən sürücülər aşkarlanıb.
Həmin avtomobillərin sahibləri barəsində cərimə protokolu tərtib
olunub və bu kimi halların digər hərəkət iştirakçılarının haqlı
narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.