Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)

Nəqliyyatdan atılan zərərli qazlarla atmosferin
çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon
Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən
rayon ərazisində reyd təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı
nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları
zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac
etdiyi aşkarlanıb.

Yol polisi əməkdaşları ixrac qazlarının normalara
uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə
etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Onların
barələrində qanunamüvafiq tədbirlər görülüb.

Teqlər: