Balaban/ney UNESKO siyahısına daxil edildi

Balaban/ney UNESKO siyahısına daxil edildi

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.

AzerTimes xəbər verir ki, bu barədə UNESKO üzrə Azərbaycan Milli Komissiyasının X hesabında paylaşım edilib.

Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar aşağıdakılardır:

– Aydınlanma sənəti: Təzhib/Tazhib;

– İftar və onun sosial-mədəni ənənələri;

– Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti;

– Sədəfdüzmə sənətkarlığı.

Teqlər: