Azərbaycan şəhərində yağ zavodu yandı

Azərbaycan şəhərində yağ zavodu yandı

Dekabrın 5-i axşam saatlarında Ərdəbil şəhərində yerləşən yağ zavodunda güclü yanğın meydana gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Ərdəbil Bələdiyyəsinin Yanğından mühafizə bölməsinin başçısı Qurban Kaci məlumat yayıb.

O, yanğının söndürülməsi üçün 8 yanğınsöndürmə dəstəsinin cəlb edildiyini, bir neçə saat ərzində yanğının yayılmasının qarşısının alındığını deyib.

Kaci yanğının səbəbləri, xəsarət alanlar və maddi ziyan barədə açıqlama vermədən araşdırmalar və dəyərləndirmələr aparıldığını bildirib.

Teqlər: