Bakıya qatarın işləməməsi Gəncə sakinlərini narahat edir – Naqif Həmzəyev

Bakı-Gəncə sürət elektrik qatarının yenidən işə salınması ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) müraciət etmişəm.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev deyib.


“Bakıya qatarın işləməməsi Gəncə sakinlərini narahat edir. Təklif edirəm ki, bu qatarın işinin bərpası üçün ADY-yə vəsait ayrılsın” – deyə, o qeyd edib.

Teqlər: