Nazir müavini ölkədə qiymət artımı ilə bağlı məsələyə münasibət bildirib

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə çıxışı zamanı ölkədə qiymət artımı ilə bağlı məsələyə münasibət bildirib.

AzerTimes xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanda qiymət dəyişikliyinə təsir edən amillərdən biri də dünyada baş verən amillərdir.

Nazir müavini bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyata mühüm təsir göstərib. Nəticədə Azərbaycana idxal edilən məhsulların qiymətində artım baş verib.

O qeyd edib ki, ötən ilə nisbətən idxal indeksi 23.1 faiz artıb.

Nazir müavini Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə də qeydə alınan inflyasiyanın ölkəmizə təsir etdiyini diqqətə çatdırıb.

Teqlər: