Bakının bu rayonunda yaşayış binası sökülür (FOTO)

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı
küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb.
Hazırda sökülməkdə olan “xruşovka” tipli binanın yerində yaşayış və
qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

Bu barədə Trend-ə ərazidə yaşayan sakinlər xəbər verib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı
Eyvaz Bağırov AzerTimes-a açıqlamasında bildirmişdi ki, mərhələli
şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli “xruşovka” bina 1957-ci
ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün
şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda
isə “xruşovka”ların tikintisinə 1959-cu ildə start verilib.

Teqlər: