Yaxın bir neçə ilə azad olunan torpaqlarımızda turizm inkişaf edəcək – Kənan Quluzadə

Azad edilən torpaqlarımızda turizm üzrə marşrutlar qurulur,
kadrlar hazırlanır.

Bunu Trend
açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan
Quluzadə deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə turizmin inkişafı üçün
böyük işlər görülür, insanların oraya qayıdışı isə bu prosesi daha
da sürətləndirəcək.

“Şuşada artıq iki hotel fəaliyyət göstərir. Bundan başqa Ağdam
şəhərində yeni hotelin, Suqovuşanda isə turizm kompleksinin təməli
qoyulub. Digər azad olunan torpaqlarımızda da gələcəkdə hotellərin,
turizm komplekslərinin tikintisi nəzərdə tutulub. Bütün bunlar onu
göstərir ki, yaxın bir neçə ilə azad olunan torpaqlarımızda turizm
inkişaf edəcək. Bunun üçün artıq müvafiq turizm infrastrukturu
qurulmağa başlayıb”.

K.Quluzadə qeyd edib ki, tikilən və tikintisi nəzərdə tutulan
hotellər nəqliyyat qovşaqlarına yaxın ərazilərdə olacaq ki,
gələcəkdə hamı istifadə edə bilsin:

“Daxili və xarici investorlar azad olunan torpaqlarımızda
turizmə sahəsinə investisiya qoymaqda maraqlıdır. İnsanların həmin
torpaqlara qayıdışı turizmi daha da dirçəldəcək, yeni iş yerlərinin
açılmasına səbəb olacaq. Azad edilən torpaqlarımızda turizm üzrə
marşrutlar qurulur, kadrlar hazırlanır. İşğaldan azad edilmiş
ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici
turistin səfər edəcəyi planlaşdırılır”, – deyə o əlavə edib.

Teqlər: