Bakının bəzi qəsəbələrində içməli su məhdudiyyətlə veriləcək

Yay mövsümünə hazırlıq məqsədilə aparılan profilaktik işlərlə
əlaqədar 12 aprel 2022-ci il tarixində gün ərzində Maştağa,
Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana
qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət
olacaq.

Bu barədə “Azərsu” ASC-dəb AzerTimes-a bildirilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr
istəyir.

Teqlər: