Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik
avtomobillərin yürüşünü keçirəcək. Heydər Əliyev Mərkəzinin
qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş
edəcəklər.

Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və
avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci
ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat
18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün əlaqə:

(012) 505 60 03 və ya (050) 295 01 00

e-mail: [email protected]

Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat
15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Teqlər: