Abşeron rayonunda silsilə idman yarışları keçirilib (FOTO)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı ilə “6 aprel-Beynəlxalq İdman Günü” münasibətiilə
6-10 aprel tarixlərində Bakı Dənizkənarı parkda “Sağlam həyat”
günləri keçirilib.

Tədbirdə bildirilib ki, Azərbaycanda sosial sahəsinin bütün
istiqamətlərində olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham
Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində ölkəmiz
beynəlxalq idman yarışlarının təkcə iştirakçısı deyil, eyni zamanda
təşkilatçısı funksiyasında çıxış edir. Ötən müddət ərzində
respublikanın bir çox regionunda beynəlxalq səviyyəli idman
kompleksləri inşa edilərək istifadəyə verilmiş, bayrağımız
beynəlxalq idman turnirlərində dalğalanmışdır.

Ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti gənc nəslin
hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, əməyə və
vətənin müdafiəsinə hazırlanmasına, həmçinin asudə vaxtlarının
səmərəli təşkilinə yönəlmışdır.

Maraqlı və faydalı idman tədbirində Abşeron rayon İcra
Hakimiyyətinin dəstəyilə Rayonun “Arktika-Abşeron” klubunun üzvləri
də fəal iştirak edib. Elçin Eminovun rəhbərliyi ilə yarışlara
qoşulan klub üzvləri göstərdikləri nəticələrə görə qızıl, gümüş və
bürünc sertifikatlara layiq görülüblər.

Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi, AFFA-nın, Abşeron
Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə
təşkilatçılığı ilə rayonun tam orta məktəblərinin 7-ci sinif
şagirdləri arasında “Coca-Cola Məktəbli kuboku” turnirinin rayon
final mərhələsi keçirilib.

Final mərhələsinə vəsiqə qazanmış 5 komandanın iştirakı ilə
“dairəvi”sistem üzrə keçirilən yarışda “Masazır” komandası (Masazır
kənd 5 saylı tam orta məktəb) bütün rəqiblərini məğlub edərək
turnirin qalibi olub. “Fatmayı” komandası (Fatmayı kənd tam orta
məktəb) 2-ci, “Xırdalan” komandası (Xırdalan şəhər 10 saylı tam
orta məktıb) isə 3-cü yeri tutub. Bununla da “Masazır” komandası
Respublika zona yarışlarında iştirak etmək hüququ qazanıb.

Bundan əlavə Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon
Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprel 9-da
Novxanı kənd 1 nömrəli tam orta məktəbin stadionunda Yaz çagırışına
həsr olunmuş çağırışa qədər və çağırış yaşlı gənclərin “Marş İrəli”
devizli “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə
rayon birinciliyi keçirilib. Tədbirdə çıxış edən Abşeron Rayon
Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev dövlət gənclər
siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların milli ruhda
yetişməsi olduğunu vurğulayaraq bildirib ki, yarışın keçirilməsində
əsas məqsəd Çağırışa qədər və çağırış yaşlı gəncləri vətənin
müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə
məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon
çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayonun
poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini
müəyyənləşdirmək, rayon çempionunu müəyyən etmək və zona
mərhələsində iştirakını təmin etməkdən ibarətdir.

Keçirilən yarışda rayonun 40 tam orta məktəbindən 200 gənc
iştirak etdi. 4 növçülük üzrə (100, 400 və 1000 metr məsafəyə
qaçış, turnikdə dartınma) keçirilən yarışın sonunda ən yüksək xal
toplayan komandalardan Aşağı Güzdək tam orta məktəbin komandası
birinci, Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası ikinci
və Masazır kənd 4 nömrəli tam orta məktəbin komandası isə üçüncü
yerə layiq görülüblər.

Qeyd edək ki, yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü
Assosiasiyasının qaydalarına əsasən keçirilib. Qaliblər Abşeron
Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla ilə
təltif ediliblər.

Teqlər: