Bakıda partlayış baş verən əraziyə Baş prokurorun birinci müavini gəlib

Bakının mərkəzində partlayışın baş verdiyi əraziyə Azərbaycan
Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov
gəlib.

Bu barədə Trend-in hadisə yerində olan müxbiri xəbər verir.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində
Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “LocationBaku” gecə klubunda partlayış baş verib. Hadisə yerinə
polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb
olunub.

Partlayış baş verən əraziyə Fövqəladə hallar nazirinin müavini
general-leytenant Etibar Mirzəyev gəlib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerində 35
Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Təcili
yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24
nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.

Teqlər: