Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu, NZS qəsəbəsi adlanan ərazidə yol kənarında
hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, dərhal FHN-in Xüsusi
Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik
qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatın bir ədəd F-1 əl qumbarası
olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.