Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər ediblər (FOTO)

Şuşa. Trend:

Aprelin 16-da Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar,
türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti
Şuşaya səfər edib.


Trend
-in yerli bürosunun məlumatına görə, Azərbaycanın
Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan
nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar ötən gün
Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi
prosesini izləyiblər.

Qonaqlar daha sonra Şuşa şəhərinə səfər ediblər. Şuşaya gələn
səfər iştirakçılarından biri gürcüstanlı opera müğənnisi Jakeli
Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə, musiqisi
Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib.

Teqlər: