Bakıda yaşayış binası yanır (FOTO)

Bakıda yaşayış binasında güclü yanğın başlayıb.

AzerTimes-ın
məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində 3
mərtəbəli yaşayış binasında baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz
Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın
olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal
sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq
xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: