ABŞ Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmaq niyyətindədir

Ağ Ev Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmağı,
xüsusən də Amerikanın “Chevron” şirkətinin ölkədə işləmək üçün
lisenziyasının uzadılmasına icazə verməyi planlaşdırır.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Associated Press” agentliyi ABŞ
administrasiyasındakı mənbələrə istinadən bildirib.

ABŞ hakimiyyəti bundan əvvəl Venesuela “PDVSA” dövlət neft
şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Karlos Erik
Malpika-Floresə qarşı fərdi sanksiyaları da ləğv etməyi
planlaşdırır. Bildirilib ki, bu tədbirlər prezident Nikolas Maduro
ilə Venesuela müxalifəti arasında danışıqları asanlaşdırmaq məqsədi
daşıyır.

Bununla belə, “Chevron” Latın Amerikası ölkəsindən neft çıxarmaq
və ixrac etmək hüququnu almayacaq.