Bakıda tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb

Xəbər - Fərid Zöhrabov -Trend:

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında
ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik
Xidmətinə daxil olan şikayət araşdırılıb.

Trend xəbər verir ki,
xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana
keçirilən baxış zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən tikinti
işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı
müəyyən edilib.

“Ərazidəki 23 ağac isə qeydiyyata alınaraq qorunub saxlanılması
məqsədilə MTK-nın məsul şəxsi Zaur Nemətova təhvil verilib”.

Teqlər: