Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qərarı verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Hərbi Məhkəməsində külli miqdarda mənimsəmədə
təqsirləndirilən, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində
həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının
təqdimatına baxılıb.

Trend-n məlumatına görə, prosesdə təqdimat təmin edilib və
M.Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi M. Qurbanov hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü
maddəsi ilə ittiham elan edilib.

M.Qurbanov ehtiyatda olan polkovnikdir və o 27.08.2019-cu ildə
ordu sıralarından tərxis edilib.

Teqlər: