Ermənilərdən növbəti düşmənçilik nümayişi – Azərbaycan deputatlarının səfərinə görə yolu bağladılar (FOTO)

Ermənistanda özlərini müharibə iştirakçıları adlandıran bir qrup
şəxs Azərbaycan Milli Məclisinin deputatlarının İrəvana gəlişinə
etiraz olaraq Zvartnots” Beynəlxalq Hava Limanına gedən yolu
bağlayıblar.

Trend xəbər verir ki,
onlar Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana səfərinin
əleyhinə olduqlarını bildiriblər.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında
Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bununla bağlı Milli
Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda
səfərdədirlər. Deputatlarımız iclaslarda müzakirə olunacaq
məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Teqlər: