Bakıda şirkət işçisi hündürmərtəbəli binadan yıxılıb öldü

Xəbər - Samir Əli – Trend:

Bakıda tikinti şirkətində ölüm hadisəsi baş verib.

Suraxanı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon
sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və
aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, “North East
Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur
qəsəbəsində inşa etdiyi hündürmərtəbəli binanın tikinti sahəsində
fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı
çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma
ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə
cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Teqlər: