Bakıda partlayış nəticəsində xəsarət alanlar arasına əcnəbilər var – TƏBİB

Bakı şəhərində baş vermiş partlayış zamanı xəsarət alanlardan 2
nəfər xarici ölkə vətəndaşıdır.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında
bildirilir.

Qeyd olunur ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu
ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti
stabildir.

Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və
vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində
Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən
gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin
məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Teqlər: