Quantanamo həbsxanasında 20 ilə yaxın cəza çkmiş Əlcəzair vətəndaşı ölkəsinə qaytarılıb

ABŞ Quantanamodakı (Kuba) Hərbi Dəniz Qüvvələrinin bazasında 20
ilə yaxın həbsdə olan əlcəzairli Süfyan Barhumini vətəninə
göndərib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə
Pentaqonun rəsmi saytında yerləşdirilimiş bəyanatda deyilir.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar Əlcəzairin və digər
tərəfdaşların məhbusların sayının azaldılması üçün düşünülmüş və
hərtərəfli prosesin həyata keçirilməsi üçün davam edən səyləri
dəstəkləmək istəyini yüksək qiymətləndirir.

Öz növbəsində Əlcəzair ABŞ-ı əmin edib ki, respublikada
Barxumiyə qarşı humanist münasibət göstəriləcək. Bundan əlavə,
mümkün təhlükə riskini azaltmaq üçün təhlükəsizlik tədbirləri
görüləcək.

Əlcəzair vətəndaşının repatriasiyası ilə bağlı yekun qərarı 4
fevral 2022-ci ildə ABŞ Müdafiə naziri Lloyd Ostin verib.