Bakıda gecə baş verən partlayışın səbəbi açqlandı (FOTO)

Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Goumet”
restoranında gecə saatlarında partlayış baş verib.

AzerTimes-a “Azəriqaz”-dan verilən məlumata görə, Partlayış maye qaz balonunda
yaranmış sızma nəticəsində olub.

Bildirilib ki, müəssisənin daxilində propan qaz balonları ( 3
ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan
obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı
qaz xətləri mövcud deyil.

Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı
dayandırılıb. Ölən və yaralananlar var.

Teqlər: