Bakıda narkotik və silah alverçilərinə qarşı əməliyyat keçirilib (FOTO)

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə
məşğul olan, qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan,
həmçinin oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir
zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib
Eldarov və Ramil Şükürov saxlanılıblar. Bu şəxslərdən külli
miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və
elektron tərəzilər aşkar olunub.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat
zamanı rayon ərazisində yerləşən mağazalardan birinin giriş
qapısını sındıraraq içəridə olan kassadan 1500 manat pul oğurlayan
paytaxt sakini Orxan İsmayılzadə saxlanılıb. Həmin şəxs ifadəsində
etdiyi oğurluğu etiraf edib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində isə qanunsuz olaraq əldə etdiyi
odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. Şöbəyə Masallı
rayon sakini Yalçın Həsənovda silah olması və satmaq istəməsi
barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq
istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd
“Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus
daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Yalçın Həsənov
avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil
verməyərək özündə saxladığını bildirib. 22-ci Polis Şöbəsində
toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi
Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam
edirilir.

Teqlər: