Bakıda naməlum şəxslər imsaka hazırlaşan şəxslərin pul və telefonunu götürüb qaçdılar – VİDEO

Bakıda yerli hotellərin birinin restoranında oğurluq hadisəsi
baş verib.

Bu barədə AzerTimes-a daxil olan məlumata görə, hadisə ötən gün
03:20 radələrində qeydə alınıb. Belə ki, restoranın işçiləri imsak
üçün yemək hazırlıqları görən zaman onların gödəkçələrindən oğurluq
olub.

Naməlum şəxslər restorana müştəri kimi daxil olaraq oradan
telefon, pul və bank kartını oğurlayıblar.

Hadisənin görüntüləri müşahidə kamerası ilə lentə alınıb.

Oğrular “Chevrolet Cruze” markalı, dövlət nömrə nişanı 10 EY 442
olan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Teqlər: