Bakıda memarlıq və şəhərsalma ilə bağlı bir çox problemlər həllini tapıb – Memarlar İttifaqı

Bir neçə ildir ki, Azərbaycan Memarlar İttifaqı ictimaiyyətin
fəalları tərəfindən daxil olan məlumatlara diqqətlə yanaşaraq,
tarixi abidələrin qorunub saxlanılması, Bakının memarlıq və
şəhərsalma problemləri ilə bağlı dövət qurumları olan Bakı Şəhər
İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq etməkdədir. Qeyd
olunmalıdır ki, bu təcrübə nəticəsində bir çox problemli məsələlər
aradan qaldırılıb, öz həqiqi həllini tapıb.

Bu barədə Azərbaycan Memarlar İttifaqının Katibliyindən AzerTimes-a
bildirilib.

“Təkcə onu demək kifayyətdir ki, Memarlar İttifaqı tərəfindən
200-dən çox yeni aşkar olunmuş qiymətli binaların siyahısı
Mədəniyyət Nazirliyinə dövlət tərəfindən qorunan tarixi abidələr
siyahısına daxil olunması təklifi irəli sürülmüşdür. Eyni siyahı
məlumat üçün Dövlət Şəhərslama və Arxitektura Komitəsinə də təqdim
olunmuşdur.

Bu ilin may ayının 18-də Azərbaycan Memarlar İttifaqının
Katibliyinin növbəti iclası keçirilmiş və bir sıra vacib məsələlər
içərisində yuxarıda qeyd olunmuş təcrübəni daha da genişləndirmək
məqsədilə Azərbaycan Memarlar İttifaqının yanında “Vətəndaş”
ictimai hərəkatının təşkili haqqında qərar qəbul olunmuşdur. Bu
hərəkata təkcə memarlar yox, geniş ictimaiyyətin belə cəlb olunması
nəzərdə tutulmuşdur.

Katibliyin qərarı ilə “Vətəndaş” ictimai hərəkatinin
təşkilatçılığı tanınmış memar, memarlıq irsinin fəal müdafiəçisi
Əbdül Hüseynova tapşırılmışdır”, – məlumatda deyilir.

Teqlər: