Gürcüstanla dövlət sərhədi pozulub, 6 Azərbaycan vətəndaşı saxlanılıb (FOTO)

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı
mühafizəsinin təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə
sahə­sində fəaliyyətlər davam etdirilir.

DSX-dən AzerTimes-a bildirilib ki, may ayının 21-də saat 02:12
radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən
sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən
Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət
sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd
zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi
qapadılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa
cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan Respublikası
vətəndaşı saxlanılıb.

Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze
Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə
görə axtarışda olması müəyyənləş­dirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: