Bayden Kim Çen Inla görüşə hazır olduğunu bildirib

ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inla
görüşməyə hazır olduğunu bildirib.

AzerTimes-in
məlumatına görə, o, bu barədə Seulda Cənubi Koreya prezidenti Yun
Sok Yöllə görüşü zaman deyib.

O əlavə edib ki, görüşün keçirilməsi Şimali Koreya rəhbərinin
ciddi niyyətindən asılı olacaq.

Eyni zamanda, Cənubi Koreya prezidenti də Şimali Koreya ilə
danışıqlara hazır olduğunu deyib.