Bakıda maskalı şəxslər şirkətə basqın etdi

Xəbər - Samir Əli – Trend:

Suraxanıda maskalı şəxslər şirkətə basqın edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5
radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən
birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun
hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini
C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil
olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri,
əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar –
P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıb.


Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: