Bakı şəhərinin Yasamal rayonunda “Lexus” markalı minik
avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “Hyundai” markalı
minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki,
avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.