Bakıda keçmiş məhkumu küçədə döyüb qarət etdilər

Xəbər - Samir Əli – Trend:

Bakıda keçmiş məhkum döyülərək qarət edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Səbail
RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 24-də 4 nəfərin Bakı şəhər
sakini, əvvəllər məhkum olunmuş S.Əmişovu döyərək 800 manat pulunu
və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini
İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov
müəyyən edilərək saxlanılıblar.


Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: