Dövlət Vergi Xidmətində islahatların keçirilməsi planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Yaxın perspektivdə İqtisadiyyat Nazirliyi nəzdində Dövlət Vergi
Xidmətində bir sıra islahatların keçirilməsi planlaşdırılır.

Trend-in
məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli
“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal
transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən
vergi forumunda deyib.

O bildirib ki, bu islahatlar milli vergi sisteminin mövcud
potensialını gücləndirəcək və vergi alətlərinin istifadəsini
maksimum asanlaşdıracaq.

“Biz, həmçinin yeni “e-taxes” portalının işə salınmasını
planlaşdırırıq. Bu platformada sahibkarlıq fəaliyyətinin səmərəli
icra olunması, eləcə də sahibkarların vergi orqanları ilə birbaşa
əlaqəsinin təmin olunması üçün əlavə alətlər yaradılacaq”, – deyə o
bildirib.


Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: