Bakıda keçmiş məhkumdan avtomat götürülüb

Bakıda keçmiş məhkumun gizlətdiyi avtomat aşkar edilərək
götürülüb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər
məhkum olunmuş Aslan Məhərrəmovun Yeni Günəşli qəsəbəsi ərazisində
torpağa basdırdığı, nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı
aşkar olunaraq götürülüb və o saxlanılıb.

Teqlər: