Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə tam dolğunluğu ilə həyata keçirilir – Komitə sədri

Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə
tam dolğunluğu ilə həyata keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Prioritet
qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq
konfrans çərçivəsində baş tutan “Sülhquruculuq, Sülhməramlılıq və
Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada çıxışı zamanı
deyib.

M.Qurbanlı bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər
Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dinlərarası
dialoqa və multikulturalizmə həsr olunan xeyli sayda beynəlxalq
tədbirlər keçirilir”, – deyə o bildirib.

Teqlər: