Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ikinci gününün finalçıları bəlli olub

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku
yarışlarının ikinci gününün yekunlarına əsasən, kişilər arasında –
dayaqla tullanma, dəstəli at və turnik, qadınlarda isə xalçada
sərbəst hərəkətlər və gimnastika tiri hərəkətlərində finalçılar
müəyyənləşib.

Dayaqla tullanmada finala Andrey Medvedev (İsrail), Ceyk Carmen
(Böyük Britaniya), Nazar Çepurni (Ukrayna), Milad Kərimi
(Qazaxıstan), Tom Şultse (Almaniya), Artyom Dolqopyat (İsrail),
Sebastyan Qavronski (Polşa) və Vay Hunq Şek (Honkonq) çıxıblar.

Dəstəli at üzərində hərəkətlərdə finala Nəriman Qurbanov
(Qazaxıstan), Siril Tommazon (Fransa), Edoardo de Roza (İtaliya),
Benjamin Osberqer (Fransa), Gilip Ude (Xprvatiya), Matvey Petrov
(Albaniya), Marios Georgiu (Kipr) və Abdulla Azimov (Özbəkistan)
çıxıblar.

Turnikdə hərəkətlərdə finala Karlo Makkini (İtaliya), Robert
Tvoroqal (Litva), Aleksandr Myakini (İsrail), Co Freyzer (Böyük
Britaniya), Miçel Morqans (Avstraliya), İlya Kovtun (Ukrayna),
Marios Georgiu (Kipr) və Nikolaos İliopulos (Yunanıstan) finala
yüksəliblər.

Qadınların xalçada sərbəst hərəkətlərində Culia Suares
(Braziliya), Dorina Bötsögö (Macarıstan), Dildora Aripova
(Özbəkistan), Maysa Kuusikko (Finlandiya), Antoniya Duta
(Rumıniya), Lorette Şarpi (Fransa), Naomi Visser (Hollandiya) və
Byanka Şermann (Macarıstan) finala yüksəliblər.

Gimnastika tiri üzərində hərəkətlərdə ginala Daniela Batrona
(Ukrayna), Sara Foss (Almaniya), Karolan Heduit (Fransa), İoana
Stançulüsku (Rumıniya), Lorette Şarpi (Fransa), Naomi Visser
(Hollandiya), Nikolett Siladyi (Macarıstan) və Byanka Şerman
(Macarıstan) finala yüksəliblər.

Teqlər: