Bakıda keçirilən DÇ-də batut üzrə fərdi proqramda qaliblərin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumaıtna görə, qadınlar arasında batut üzərində fərdi tullanışlarda birinci yeri Brayoni Peyc (Böyük Britaniya), ikinci yeri Yunçjou Çao (Çin), üçüncü yeri isə Yana Lebedeva (Rusiya) tutublar.

Kişilər arasında batut üzərində fərdi tullanışlarda birinci yeri çinli Lanqi Yan, ikinci yeri yaponiyalı Rusey Nisioka, üçüncü yeri isə belarusiyalı Oleq Ryabtsev tutublar.


Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Teqlər: