Çinli gimnast Bakıda keçirilən DÇ-də fərdi batut proqramı üzrə qızıl medal qazanıb

Xəbər - Cani Babayeva – AzerTimes:

Çinli gimnast Lanqi Yan Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının batutda fərdi tullanışlar proqramında 61.825 xal toplayaraq birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, ikinci yerdə Yaponiya gimnastı Rusey Nisioka (60.620 xal), üçüncü yerdə isə Belarus gimnastı Oleq Ryabtsev (60.385 xal) qərarlaşıblar.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Teqlər: