Bakıda cinsi azlıq nümayəndəsini qətlə yetirən şəxs 9 il müddətinə həbs edildi

Bakıda cinsi azlığın nümayəndəsini qətlə yetirməkdə
təqsirlədirilən Mirşahid Mehdiyevin işi üzrə məhkəmə prosesi başa
çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror
təqsirləndirilən şəxsə 10 il 6 ay cəza istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə
M.Mehdiyev 9 il azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin avqustun 22-də Qaradağ rayonunun Puta qəsəbəsi
ərazisində baş verib. 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində
zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı
Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə başlanmış cinayət
işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində
tamamlanıb.

Həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat
axtarış tədbirləri ilə müəyyən edilib ki, avqustun 18-də
zərərçəkmişin tanışı, 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev, Əhəd
Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu
tərəfindən silinməməsi səbəbindən aralarında yaranan mübahisə
zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən
öldürüb.

Mirşahid Mehdiyev CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: