Bakıda axtarışda olan şəxsdə “Makarov” markalı tapança aşkar edilib

Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin
181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs
saxlanılıb.

Trend xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci
Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti
törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov
tutulub. 32-ci Polis Bölməsində onun üzərində şəxsi axtarış
aparılan zamanı R.Almazovdan 1 ədəd “Makarov” markalı odlu silah, 3
ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza
zamanı silahın atəşə yararlı olduğu məlum olub.

Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar
Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib.R.Almazovun
əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə,
ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki
hesablarına məlumat verə bilərlər.

Teqlər: