Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb (FOTO)

Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada
qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən
şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayonun Sarıcalar kənd
sakini Natiq Cəfərzadə olduğu müəyyən edilib.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən
kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar
edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar
davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə həmin şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.

Teqlər: