Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq
oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nizami
Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad
Canızadə tutulub.

Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri
2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat,
videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad
Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi
istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində
əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teqlər: