Bakıda ana və iki azyaşlı övladını öldürən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar
Qaraxanova və onun övladları – 2008-ci il təvəllüdlü Lamiyə
Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə
şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları
tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri
nəticəsində az öncə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin
İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad
Hacıyev məlumat yayıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının
əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin
şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan
dəlil kimi aşkar edilərək götürülüb.

Teqlər: