Castin Biber koronavirusa yoluxub

Kanadalı müğənni Castin Biber koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə “TMZ” müğənninin
nümayəndəsinə istinadən xəbər verib.

Nümayəndənin sözlərinə görə, C.Biber koronavirusa yoluxması ilə
əlaqədar Las-Veqasdakı konsertini təxirə salıb.

“O özünü yaxşı hiss edir. Konsert iyunun 28-nə keçirilib”, –
deyə nümayəndə bildirib.

C.Biberin növbəti konserti çərşənbə axşamı Arizona ştatının
Qlendeyl şəhərində keçirilməlidir, lakin o da ləğv edilə bilər.