627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb

Xəbər - Humay Ağacanova – Trend:

2020-2021-ci ildə ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə
etmək hüququndan yararlanıb.


Trend
-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook”
hesabında paylaşım edib.

O bildirib ki, 2020-ci ildə 197, 2021-ci ildə isə 430 müəllim
güzəştli şərtlərlə ipoteka krediti alıb.


Xatırladaq ki, gənc ailə üzvü olan və azı 3 il məktəbdə müəllim
işləyənlər, həmçinin gənc ailə kateqoriyasına daxil olmayan və 15
il dövlət ümumtəhsil müəssisəsində işləyən şəxslər güzəştli
şərtlərlə ipoteka krediti əldə edə bilərlər.

Teqlər: