Bakıda 8 ağac qanunsuz kəsildi

Bakıda 8 ağac qanunsuz kəsildi

Bakıda 8 müxtəlifcinsli ağac qanunsuz kəsilib.

Bu barədə AzerTimes-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib.

Onun sözlərinə görə, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 26 və 26A nömrəli yaşayış binalarının yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Araşdırma zamanı sözügedən ünvanda müxtəlifcinsli 8 ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Rayon Bələdiyyəsinə müraciət olunub”, – V.Cavadov deyib.

Teqlər: