Cüdoçumuz Avropa çempionu oldu

Cüdoçumuz Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə final görüşünə çıxıb.

AzerTimes xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.

Teqlər: