Bakı Zooloji Parkının ilk ziyarətçiləri şəhid övladları və uşaq evlərinin sakinləridir (VİDEO)

Xəbər - Fərid Zöhrabov -Trend:

Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Bu gün Bakı Zooloji Parkının yenidən qurulmasından sonrakı vəziyyəti ilə tanışlıq olub.


Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkının ilk ziyarətçiləri şəhid övladları və uşaq evlərinin sakinləridir.

Teqlər: