Bakı və Tehran arasında həftədə iki uçuş təşkil olunacaq

Xəbər - Elnur Bağışov – Trend:

Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran
və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq.

AzerTimes-ın
məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü
Mirəkbər Rəzəvi deyib.

M.Rəzəvinin sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları
şirkətləri tərəfindən həyata keçiriləcək.


Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq
olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması
gündəmə gətiriləcək.

Qeyd edək ki, bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran
arasında birbaşa uçuşlar bərpa ediləcək.

Teqlər: